Sudanda qəbilə savaşı – 160 nəfər ölüb

4edaa105165086248440619528710705106.jpg

Sudanın Darfur regionunda baş verən qarşıdurmalarda azı 160 nəfər ölüb.

Bunu Darfur Qaçqınlarının Baş Koordinatorluğu məlumat verib.

Bildirilib ki, qarşıdurma bir qəbilənin digərinə qisas məqsədi ilə hücumundan sonra başlayıb. Tayfalar toqquşma zamanı evləri yandırıb, mal-qaranı aparıblar. Həkimlər ölənlərin sayının artacağından narahatdırlar. Xəstəxanalardakı 50-dək yaralının vəziyyəti ağırdır.