Süleyman Soylu əməliyyat olacaq

1679650467 suleyman soylu turkiye bayragini azerbaycanla birlikde qarabagda dalgalandiran olkedir.jpg

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun səhhətində problemlər yaranıb.

Avtor.az “CNN Türk”ə istinadən xəbər verir ki, bir müddətdir bel ağrılarından əziyyət çəkən nazirin ağrıları daha da artıb.

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra fəlakət bölgəsində işləri koordinasiya edən daxili işlər naziri Süleyman Soylunun uzun müddətdir bel ağrısından əziyyət çəkdiyi və son vaxtlar ağrılarının artdığı bildirilir

S.Soylunun yaxın günlərdə əməliyyat olunacağı və bir müddət istirahət edəcəyi qeyd olunur.