Sülhməramlıların maşın karvanı Laçın yolundan keçdi

1677665567 16776517525822420932 1000x669.jpg

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 80 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus bir minik, 11 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.