Sumqayıt Dövlət Dram Teatrının direktoru işdən çıxıb

34ad9bc8165161061286473917810554809.jpg

Sumqayıt Dövlət Dram Teatrının direktoru Mübariz Həmidov təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən ayrılıb.

Avtor.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, hazırda bu vəzifə müvəqqəti olaraq direktor müavini Vidadi Məmmədova həvalə olunub.

Qeyd edək ki, Mübariz Həmidov 2018-ci ildən etibarən Sumqayıt Dövlət Dram Teatrının direktoru olub.