Sumqayıtda 18 yaşlı oğlan itkin düşüb

C4414e5316528650809687585191019745.jpg

Sumqayıtda 18 yaşlı oğlan itkin düşüb.

Bu barədə itkin düşən şəxsin ailə üzvləri məlumat verib.

Bildirilib ki, 2004-cü il təvəllüdlü Tural Əliyev mayın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən APA-ya bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır, Tural Əliyevin axtarışları davam edir.