Sunak şahzadə ilə razılığa gəldi

1697743908 telemmglpict000353666122 16977354969770 trans nvbqzqnjv4bqpvlberwd9egfpztclimqf0rf wk3v23h2268p xkpxc.jpeg

Böyük Britaniyanın baş naziri Rişi Sunak və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman görüş keçirib.

Bu barədə Britaniya hökuməti məlumat yayıb.

Görüş zamanı liderlər regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün “fəaliyyətləri əlaqələndirmək barədə razılığa gəliblər”.

Ər-Riyadda keçirilən görüş zamanı Sunak Səudiyyə Ərəbistanını regionda “sabitliyi dəstəkləmək” üçün öz nüfuzundan istifadə etməyə çağırıb.

“Baş nazir və vəliəhd həyati əhəmiyyət kəsb edən su, qida və dərman təmin etmək üçün Qəzza zolağına humanitar girişin təmin edilməsinin təcili ehtiyacı barədə razılığa gəliblər”, – rəsmi məlumatda bildirilir.