Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Bakibakuhava1

18 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçiriləcək.

Dünyanın 30-a yaxın ölkəsindən ombudsmanlar, milli insan hüquqları institutlarının nümayəndələri, beynəlxalq təşkilatlar, dövlət qurumları və ekspertlər bir araya gələrək süni intellektin insan hüquqlarına təsiri, etik çağırışlar və gələcəyin məsuliyyətləri barədə fikir mübadiləsi aparacaqlar.

İnnovasiya ilə insan hüquqlarının qovuşduğu bu mühüm platforma qlobal əməkdaşlığa və yeni yanaşmaların formalaşmasına töhfə verəcək.