Süni intellekt modeli real insanların şəxsiyyətini iki saata surətini yaradıb

Suniinteek 2.jpeg

Redaksiya.az Euronews-un məlumatına əsasən xəbər verir ki, replikalarla insan müvafiqlərinin cavabları 85% nisbətində üst-üstə düşdü.

Araşdırmaçılar, bir insanın şəxsiyyətinin demək olar ki, tam sürətini yaratmaq üçün süni intellekt modeli ilə iki saatlıq söhbətin kifayət etdiyini aşkar ediblər.

Hakim təsdiqindən keçməyi gözləyən məqalələrin yerləşdirildiyi arxiv saytı arXiv-də yayımlanan yeni araşdırmada, Google və Stanford Universitetindən olan tədqiqatçılar, 1.052 iştirakçı ilə ikişər saatlıq görüşlər keçiriblər.

Bu görüşlər, insan davranışını təqlid etmək üçün hazırlanmış generativ süni intellekt modelini öyrətmək üçün istifadə edilib. Nəticədə hər bir fərdin “süni intellekt surəti” yaradılıb.

Süni intellekt kopyalarının dəqiqliyini qiymətləndirmək üçün hər iştirakçı iki mərhələdə şəxsiyyət testi, sosial sorğular və məntiq oyunları tamamlayıb. Testlər iki həftə fasilə ilə davam etdirilib.

Daha sonra süni intellekt replikaları da eyni testlərdən keçirilib. Replikalarla insan müvafiqlərinin cavabları 85% nisbətində üst-üstə düşüb.

Məqalədə insan davranışını təqlid edən süni intellekt modellərinin, ictimai səhiyyə siyasətlərinin effektivliyini qiymətləndirmək və yeni texnoloji məhsullara veriləcək reaksiyaları anlamaq kimi müxtəlif tədqiqat ssenarilərində faydalı ola biləcəyi qeyd edilib.

Stanford Universitetindən, araşdırmanın baş müəllifi Joon Sung Park, MIT Technology Review-a verdiyi açıqlamada, “Əgər ətrafda sizin verəcəyiniz qərarları verən bir çox kiçik ‘siz’ olacaqsa, düşünürəm ki, gələcək budur,” deyib.

Sevinc Kərimova