Bakıda yol-nəqliyyat hadisəsində piyadanın beli sınıb

36a69003 e2a4 3fda 9b26 f9aaf86af50e 850.jpg

Bakının Suraxanı rayonunda 32 yaşlı kişini avtomobil vurub, piyadanın beli sınıb.

“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Yusubzadə Tahir Mahir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.