Suriyada törədilən terror aktı nəticəsində 3 nəfər ölüb

55c567fd159765655027238383110135755.jpeg

Suriyanın şərqində Deyr əz-Zor əyalətində bir qrup terrorçunun avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, azı 21 nəfər yaralanıb.

Bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı hücum vilayətin cənubundakı Əş-Şula bölgəsində həyata keçirilib.

Ölən və yaralananlar mülki şəxslərdir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Yaralılara lazımi tibbi yardım göstərilir.