Şuşa, Kəlbəcər və Laçında hava şəraiti

167316229556526341 1200x630.jpg

Şuşa, Kəlbəcər və Laçında qar yağıb, qar örtüyü əmələ gəlib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev  bildirib ki, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir. Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 metr/saniyəyə bərabərdir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.

Daim yenilənən hava haqqında məlumatları, qarın yaratdığı mənzərələrlə bağlı maraqlı şəkil və videoları meteo.az saytından əldə etmək mümkündür.