Tacikistanın ikinci ən böyük bankı “Dushanbe City” texniki nasazlıq səbəbindən Rusiyanın “Mir” sisteminin kartlarına xidmət göstərməyi dayandırıb.
Bu barədə bankın yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda bankın bankomat və POS-terminallarında “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərilmir.
Həmçinin bildirilir ki, texniki problemlər iki gün əvvəl – sentyabrın 23-dən yaranmağa başlayıb.

