Tanınmış futbolçuya iki illik cəza verilə bilər

57283aa4 6ab0 3b52 8853 750908a7bc29 850.jpeg

Portuqaliyanın “Portu” klubunun futbolçusu Pepe iki illik cəza ilə üzləşə bilər.

39 yaşlı müdafiəçi “Sportinq”lə 2:2 hesablı heç-heçə etdikləri XXII tur oyununda rəqibin direktorunu vurub.

Görüşün baş hakiminin rəyinə əsasən, Pepe həmin şəxsə təpik atıb. Liqanın qaydalarına görə, təcrübəli oyunçu iki aydan iki ilədək diskvalifikasiya oluna bilər.

Qeyd edək ki, “Portu” – “Sportinq” oyunundan sonra futbolçular arasında kütləvi dava olub. Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Markes və Pepe, “Sportinq”dən isə Joau Palin ilə Brunu Tabata cəzalandırılıb. Pepenin klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.