Tbilisidə partlayış olub, xəsarət alanlar var

Da9e6a4a166201456072078654110642311.jpg

Gürcüstanın paytaxtı Tbilisidə partlayış baş verib.

Hadisə nəticəsində bir ailənin üç üzvü xəsarət alıb. Xəsarət alanlar Nigeriya vətəndaşları olub.

Qeyd olunur ki, partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə polis və tibbi yardım briqadaları cəlb olunub.