Təcili yardım maşını gec gəldi: İki komanda cərimələndi

Ohcamq5ieziygmya4z6nmho0epi7n8y1ha8czxto.jpg

İkinci liqa klubu təcili tibbi yardım (TTY) maşınının stadiona gec gəlməsi səbəbindən cəzalandırılıb.

Oxu.Az Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 25-ci turun “Lerik” – “Kür-Araz” oyununa TTY avtomobilinin stadiona vaxtında gəlməməsi səbəbindən matç gec başladığına görə meydan sahibi 100 manat cərimə edilib.

Bu hal “Sheki City” – “Qusar” görüşündə də təkrarlandığı üçün Şəki təmsilçisi də 100 manat cərimələnib.
Qeyd edək ki, “Sheki City” – “Qusar” oyununda meydan sahibi matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə komanda daha 100 manat cərimələnib.