Təhsil naziri: Müəllimlərin ən böyük problemi metodika ilə bağlıdır

90db9da4165890840611351827810666218.jpg

Bəzi məktəblərimizdə maddi-texniki baza ilə bağlı problemlər var.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Azərbaycanın bütün məktəblərində hər şeyi yaxşı eləmək elə də asan deyil.

“Bunun obyektiv və subyektiv səbəbləri var. Bu il 75 faizdən artıq şagirdin təhsil aldığı məktəb fiberoptik internetlə təmin ediləcək. Digər tərəfdən, sinifdə ağıllı lövhə asılıbsa, bu, o demək deyil ki, həmin şagirdlər daha yaxşı oxuyur. Yəni, ağıllı lövhə olmadan da yüksək nəticələr əldə etmək mümkündür. Bizim müəllimlərin əksəriyyətinin ən böyük problemi metodika ilə bağlıdır”.