“Telegram” komandası Durovun həbsinə münasibət bildirib

E225aa48 5fa0 35ff Bc4c 9852e53fcff0 850.jpg

“Telegram”ın və ya onun sahibinin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığına dair iddialar absurddur.

Avtor.az xəbər verir ki, bu barədə “Telegram News” kanalının məlumatında ​deyilir.

Qeyd olunub ki, “Telegram” Avropa Birliyinin, o cümlədən Rəqəmsal Xidmətlər Aktının qanunlarına əməl edir:

“Onun moderasiyası sənaye standartlarına cavab verir və daim təkmilləşdirilir. “Telegram”ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur və o, tez-tez Avropanı gəzir. “Telegram”ın və ya onun sahibinin həmin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”.