Teplovozda yanğın baş verdi

1656915224 6ccc1f82 11b7 30f4 90ff cf5dcd3f9f1a 850.jpg

Bakı şəhərinin Binəqədi rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, teplovozun kabinəsində oturacaq və taxta üzlük 1 m² sahədə yanıb. Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.