“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək

Fbb85a92 8b47 36c9 B081 D3751afe32ff 850.jpg

ABŞ-nin “Tesla” şirkəti qlobal işçi qüvvəsinin 10 %-dən çoxunu ixtisar edəcək.

Bu barədə “Electrek” şirkətin rəhbəri İlon Maskın işçilərə yazdığı məktuba istinadən məlumat verib.

Beləliklə, avtomobil istehsalçısı azı 14 min nəfəri ixtisar edəcək.

“Bütün bu illər ərzində sürətlə böyüdük, dünya üzrə bir sıra zavodlarımız genişlənib. Şirkəti böyümənin növbəti mərhələsinə hazırlayırıq və bu kontekstdə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üzrə onun hər aspektini araşdırmaq son dərəcə vacibdir”, – məktubda deyilir.