“Titanik” sərnişininin xilasedici jileti bu qiymətə satılıb

Scraped 1776660988 e3ee0cb1

“Titanik” gəmisinin sərnişinlərindən birinə məxsus xilasedici jilet hərracda £530 minə (təxminən 715 min dollar) satılıb.

Bu barədə “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb.

Jilet birinci sinif sərnişini Laura Meybl Frankatelliyə məxsus olub və o, qəza zamanı xilasedici qayıqlardan birinə minərkən onu geyinib.

Əşya uzun illər ailədə saxlanıldıqdan sonra satışa çıxarılıb.(APA)