“TotalEnergies” “Abşeron” yatağından qaz hasilatına başlayıb

F1daf122168897370362593117110767323.jpg

Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.

Bu mərhələ çərçivəsində gündəlik təxminən 4 milyon kubmetr “mavi yanacaq” və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır.

Hasil ediləcək qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.