Turan Oyunlarının sədri Fərid Əlizadə Türk Dünyası üçün “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilib.
F.Əlizadə “Ukrayna Qarapapaq Türkləri Milli Şurası” Ümumkrayna Dərnəyi (Всеукраїнське Об’єднання “Национальна Рада Тюрків Карапапаків України”) tərəfindən 2019-cu ildə mükafatlandırıldığı Ordenə 2023-cü ildə sahib olub.
Belə ki, 2019-cu ilin dekabr ayının 28-i tarixində təltif edildikdən sonra görüş keçirilməli idi, lakin dünyada baş verən pandemiya səbəbindən mükafatlandırılma mərasimi təxirə salınmışdır. Daha sonra isə Ukrayna-Rusiya arasındakı baş verən müharibə mərasimin keçirilməsini daha da ertələmişdir.
Qeyd edək ki, bu günlərdə “Ukrayna Qarapapaq Türkləri Milli Şurası” tərəfindən Azərbaycana göndərilib və Fərid Əlizadəyə təqdim edilib.
Orden, Fərid Əlizadənin rəsmi Vikipediya səhifəsinə də əlavə edilib: https://az.wikipedia.org/wiki/Fərid_Əlizadə





