Bu gün Bakı Ekspo Mərkəzində keçirilən II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisisi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.
Bu barədə jurnalistlərə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) idarə heyətinin sədri Ramin Şərifov məlumat verib.
Onun sözlərinə görə, bu gün açılışı olan sərgi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur.
Ramin Şərifov əlavə edib ki, sərginin təşkilatçılarından biri məhz Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasıdır. (KOBSKA) KOBSKA olaraq türk dövlətləri arasında iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək, yerli və regional məhsulların tanıdılması, ixrac imkanlarının genişləndirilməsi, işgüzar əlaqələrin qurulması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.







