Türkiyə ABŞ-a “F-16” təyyarələri ilə bağlı tələb məktubu ünvanlayacaq

D85b63ef165030105615467782210891499.jpg

Türkiyə Milli Müdafiə Nazirliyi 40 yeni F-16-nın alınması və eyni zamanda mövcud olanların modernizasiyası üçün sorğu məktubu göndərib.

Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu çərçivədə Türkiyənin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün daha geniş tələb məktubu göndəriləcək.

“NATO müttəfiqləri arasında təhlükəsizlik ehtiyaclarını məhdudlaşdıran embarqoların olması ağlabatan deyil…Əgər həmrəylik əvəzinə terror təşkilatlarını bir-birinə qarşı istifadə etmək və ya dəstəklək varsa, bunlar sağlam mexanizmlər deyil. Əgər bir NATO müttəfiqi təhlükəsiz deyilsə, heç bir NATO müttəfiqi təhlükəsiz deyil”, – deyə o bildirib.