Türkiyə bankları lirəni qorumaq üçün səkkiz milyard dollar satıb

Dollar.png

Türkiyədə İstanbul şəhərinin meri Əkrəm İmamoğlunun saxlanması fonunda banklar 10%-dən çox ucuzlaşan lirənin dəyərini qoruyub saxlamaq üçün təxminən 8 milyard dollar satıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, lirə bazarına müdaxilə bir neçə bank vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, səhər saatlarında İstanbul Baş Prokurorluğu İmamoğlunun korrupsiya, rüşvətxorluq və rüşvətxorluqla məşğul olan təşkilatla bağlı iş üzrə həbs edildiyini açıqlayıb. Bu fonda dolların türk lirəsinə qarşı məzənnəsi ilk dəfə 41 lirənin üzərinə qalxaraq 10%-dən çox bahalaşıb.