Türkiyə istehsalı olan Yörük 4×4 taktiki təkərli zirehli maşınlar ilin sonuna kimi daha üç ölkəyə tədarük ediləcək.
Bunu “Anadolu” agentliyinə “Nurol Makina” şirkətinin baş direktorunun müavini Anıl Karel deyib.
Onun sözlərinə görə, şirkət ümumilikdə Türkiyənin zirehli texnikasının dünyanın 20 ölkəsinə tədarükü ilə bağlı müqavilələr imzalayıb.
“Hazırda tədarük zəncirlərindəki pozuntular əsas problem olaraq qalır. Müştərilərin sifarişlərini vaxtında yerinə yetirmək üçün şirkət rəhbərliyi müəyyən tədbirlər görüb”, – deyə A.Karel bildirib.

