Türkiyə ilə imzalanan memorandumdan irəli gələn məsələləri həll edəcəyik – Ann Linde

49af6c4e165701811834652877011093251.jpg

Mən sürətli ratifikasiya prosesinə ümid edirəm.

Avtor.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde finlandiyalı həmkarı və NATO baş katibi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz Türkiyənin terror və təhülkəsizliklə bağlı narahatlıqlarına da toxunan üçtərəfli memorandumu imzaladıq. Biz bu memoranduma hörmətlə yanaşırıq. Ondan irəli gələn məsələləri həll edəcəyik və mən ümid edirəm ki, birgə mexanizm üzərində işləyəcəyik. Mən inanıram ki, hər üç ölkə bu memorandumun hər kəs üçün yaxşı olduğunu anlayır və bu, Türkiyə parlamentində də eyni formada qəbul olunacaq. Bizim üzvlüyümüz yalnız İsveç və Finlandiyaya deyil, bütövlükdə bütün müttəfiqlərin təhlükəsizliyinə töhfə verəcək”, Ann Linde deyib.