Türkiyə liviyalı qardaşlarına sülh yolunda dəstək verməyə hazırdır

4ea6a546166480064056949216911012820.jpg

Türkiyə liviyalı qardaşlarına sülh və sabitliyi təmin etmək yolunda dəstək verməyə hazırdır.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfəri çərçivəsində mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə Liviya ilə nizami ordu quruculuğu məsələsində əməkdaşlığı davam etdirəcək. Nazir Liviya və Türkiyə arasında Şərqi Aralıq dənizində fikir birliyinin olduğunu da bildirib.

Nazir Çavuşoğlunun sözlərinə görə, iki ölkə karbohidrogenlər və protokol sahəsində Anlaşma Memorandumları imzalayıb. Eyni zamanda, xüsusən təbii qaz sahəsində də iki ölkə arasında bənzər sənədlər imzalanacaq.