Türkiyə MN: “Pençe-Kilit” əməliyyatı zonasında 14 terrorçu zərərsizləşdirilib

59587bff16326531385947677111004589.jpg

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 14 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.