“Türkiyə regionda sabitliyin tərəfdarıdır və NATO müttəfiqlərini Qara dənizdən uzaq tutmağa çalışır”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“NATO müttəfiqlərinin Qara dənizə girib-çıxması artan həssaslıq yaradacaq. Bizim Qara dənizdə sabitliyin qorunması ilə bağlı təkliflərimiz var. Çağırışımız: həyəcanlanmayın, çaxnaşma yaratmayın, qarşı tərəfdə təşvişə səbəb ola bilər. Yanlış məlumat anlaşılmazlıqlara səbəb ola bilər”, – deyə Akar bildirib.
O, bütün ölkələri “təxribat kimi qəbul edilə biləcək” hərəkətlərdən çəkinməyə çağırıb. Eyni zamanda Akar vurğulayıb ki, hazırda Qara dənizdə sahilyanı hesab olunmayan ölkələrin hərbi gəmiləri yoxdur.

