Türkiyə Ordusunun iki hərbçisi şəhid olub

F023559c165596855418441349610721899.jpg

Türkiyə Ordusunun 2 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Diyarbəkirdə terrorçulara qarşı aparılan “Eren Abluka-18” əməliyyatı zamanı iki hərbçi Oğuzhan Arduç və Turgut İçen şəhid olub, Mustafa Can Akdoğan isə yaralanıb.

Əməliyyat zamanı terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.