Türkiyə Prezidenti Azərbaycanın Baş prokurorunu qəbul edib

17532008762191829745 1200x630.jpg

İyulun 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi qəbul edib.

Ankarada Prezident Kompleksində keçirilən görüşdə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iştirak edib.

Səhər saatlarında Azərbaycanın Baş prokuroru Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb, həmçinin ölkəmizin Ankaradakı səfirliyində olub.