Türkiyə Prezidenti daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib

E182259c 3849 3739 Bdd6 5202d9ce09f3 850.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib.

O, bu barədə “TRT World Forum 2023 – Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında danışıb.

“Baş verən proseslər “Dünya beşdən böyükdür” prinsipimizin nə qədər doğru olduğunu bir daha göstərir”, – dövlət başçısı söyləyib.

R.T.Ərdoğan bildirib ki, beynəlxalq təşkilatlar dünyadakı problemlərin qarşısını ala bilmir: “Biz gecikmədən hərəkətə keçməliyik. Əks halda, daha böyük xaosla üzləşəcəyik”.