Türkiyə səfiri: Ticarətin artırılması üçün bəzi məsələlər nəzərdən keçirilməlidir

Aba53da2164032146959159393810193232.jpg

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində yük daşımalarının, ticarətin artırılması üçün bəzi məsələlər nəzərdən keçirilməlidir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda keçirilən forumda bildirib.

“Ötən il Süveyş kanalında problemlər yarandı, bunun dünya iqtisadiyyatına təsirini hamı gördü. İndi isə Rusiya-Ukrayna müharibəsinə görə Orta Dəhlizin rolu artıb. Fürsət Avropadan Türkiyə, Gürcüstan və Azərbaycana keçib. Hər zaman müzakirə edilən mövzular var. Gömrükdən keçid tarifləri, gözləmə müddətləri nəzərdən keçirilməsə ticarətin qarşısındakı əngəllər aradan qalxmaz”, – deyə o, qeyd edib.

“Azərbaycan və Türkiyə prezidentlərinin istəyi iki ölkə arasında illik ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır. Bu gün bu göstərici 5 milyard ABŞ dolları təşkil edir. Biz 3,6 milyard dollardan 5 milyard dollara çatdıq. Buna son 4 ildə nail olduq”, – deyə səfir əlavə edib.