Türkiyə vətəndaşı Bakıda itkin düşüb

D7a5664c 967b 3a4b 97f0 df22e80beefd 850.jpg

Bakıda Türkiyə vətəndaşı olan Büşra Yanardağ itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə qadının həyat yoldaşı polisə müraciət edib.

Türkiyə vətəndaşı Sinan Yıldırım ərizə ilə polisə müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü həyat yoldaşı Büşra Yanardağ aprelin 4-ü saat 22:00 radələrində birgə yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.