Türkiyə vətəndaşı Qusarda avtomobil qəzasında ölüb

72fe6f9f166127524465208186710558652.png

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Samur qəsəbəsində qeydə alınıb. Minik avtomobili yük avtomobilinin sürücüsü olan Türkiyə vətəndaşını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam edir.