Türkiyədə avtobus aşıb, 34 nəfər yaralanıb

D0379e4d164697972855331451610939856.jpg

Türkiyədə sərnişin avtobusu aşıb.

Hadisə Sivas şəhəri ərazisində qeydə alınıb.

İstanbul-Diyarbəkir istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetməni itirirək aşıb. Nəticədə 8 nəfər ağır olmaqla 34 nəfər yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.