Türkiyədə faciə – Tikilməkdə olan evin divarı uçub

571e0f7e165423012212335585810167546.jpg

Türkiyənin Qaziantep vilayətində şiddətli fırtına səbəbindən tikilməkdə olan evin divarı uçub.

Avtor.az xəbər verir ki, vilayətin Araban rayonunda tikilməkdə olan evin divarının uçması nəticəsində 2 uşaq həlak olub, 3 uşaq isə yaralanıb.

Məlumata əsasən, hadisə ötən gün axşam saatlarında baş verib.

Yaralı 3 uşağın xəstəxanada müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma başlanılıb.