Türkiyədə həlak olan sürücünün nəşi Azərbaycana yola salınıb

211a7a84165693917098279220110361486.jpg

Türkiyənin Artvin vilayətində baş verən təbii fəlakət zamanı həlak olan sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.

Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.