Türkiyədə sosial media məşhurları – Talu cütlüyü saxlanılıb

Fotojet 2024 01 05t153919.481.jpg

Dələduzluq şikayəti ilə saxlanılan Talu cütlüyünün Qayrettepe Asayiş Şöbə Müdirliyində ilkin prosedurları tamamlanıb.

Məlumata görə, Gürcüstandan Türkiyəyə gələrkən Sabiha Gökçen Hava Limanında saxlanılan Kıvanç və Beril Talu cütlüyü sağlamlıq müayinəsindən keçərək Anadolu Məhkəməsinə göndəriliblər.

Talu cütlüyünün onlara qarşı irəli sürülən ittihamları təkzib etdiyi bildirilir.
Mənbə: trthaber.com