Türkiyədə turist avtobusu qəzaya uğrayıb

77c493ec165358800692836534410385622.jpg

Türkiyənin Antalya şəhərində rumıniyalı turistləri daşıyan mikroavtobus aşıb.

Avtor.az”Haber Global”a istinadla xəbər verir ki, hadisə Antalyanın Korkuteli rayonunda Esentepe qovşağında qeydə alınıb.

Qəza nəticəsində biri ağır olmaqla 22 nəfər xəsarət alıb.

Dənizlidən Antalyaya gedən mikroavtobusun yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxdığı deyilir.

Qəzadan sonra qısa müddətə bağlı qalan Fethiye-Korkuteli yolu ikinci dərəcəli yoldan nəqliyyata açılıb.