Türkiyədə uçan maşınlar hazırlanır

9b644ca9164430745337774281210071729.jpg

Türkiyədə “Bayraktar” şirkəti uçan maşınların hazırlanması üzərində iş aparır.

Bunu “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.

O bildirib ki, uçan maşınların tam hazırlanması 10 il çəkəcək: “Bunların prototiplərinin hazırlanması prosesinə artıq start verilib, ilk uçuşu 2020-ci ildə həyata keçirmişik. Bu maşınlar ilk əvvəllər çox az istifadə edilsə də, sonradan həyatımıza daxil olacaqlar. Türkiyədə hazırda 50-dən çox laboratoriya var, burada şagirdlər, tələbələr təcrübə keçirlər. Həmin gənclər uçan maşınların da hazırlanması üçün sınaqlarda iştirak edirlər”.