Türkiyədə zəlzələlərin vurduğu ziyanın miqdarı AÇIQLANDI

1679058114 antakya rubble rd ps 230210 1676048065323 hpembed 3x2 992.jpg

Türkiyədə ötən ay baş verən zəlzələlər nəticəsində ölkə iqtisadiyyatına 2 trilyon lirə (103.6 milyard dollar) ziyan dəyib.

Bu barədə ölkənin Xəzinə və Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələr nəticəsində milli gəlirdə 351,4 milyard lirə azalma olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.