Türkiyəli mütəxəssis: Ötən il 160 qazi və şəhid ailəsinə psixoloji yardım göstərilib

C7b03782166149680431305648210757203.jpg

“Ötən il 160 qazi və şəhid ailəsinə psixoloji yardım göstərilib. Birinci layihədə isə 2163 nəfər müalicə edilib”.

Bu fikirləri Türkiyədən Azərbaycana dəvət olunmuş mütəxəssislərdən ibarət qrupun rəhbəri Səlcuq Dəmirtaş mətbuat konfransında deyib.

“Biz dünya metodlarından istifadə edərək bu şəxsləri müalicə etdik. Onlarda əksər problemlər yuxusuzluq, yuxuda stress keçirmə, diksinmə, aqressivlik, ürəkgetmə və qeyri-ixtiyarı hərəkətlər idi. Xidmətlər ödənişsizdir. Xidmətimizin müddəti müraciətlərdən asılı olacaq. Bu dəfəki səfərimizdə artıq azərbaycanlı psixoloqlarla birgə əməkdaşlıq edəcəyik”, – o vurğulayıb.