Türkiyənin 55 şəhərində sarı və narıncı kodla XƏBƏRDARLIQ

1f50d073164430782516337633810378376.jpg

Türkiyənin İstanbul da daxil olmaqla 55 şəhərinə güclü qar yağacaq.

Bu barədə Meteorologiya Ümumi Müdirliyi sarı və narıncı kodlarla xəbərdarlıq edib.

İstanbul valisi Əli Yerlikaya sosial media hesabından açıqlama verərək əhaliyə xəbərdarlıq edib: “Əziz həmvətənlərim, Meteorologiya Region Müdirliyinin məlumatına görə, İstanbulda güclü külək və tufan gözlənilir. Xüsusilə məktəblərdə, nəqliyyatda və parklarda ehtiyatlı davranaq”.