Türkiyənin “Baykar” şirkəti Kiyevdə dron istehsalı zavodunun tikintisindən danışıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik şirkətin baş direktoru Haluk Bayraktardan sitat gətirib: “Zavodumuz tikilir… tikintini başa çatdırmaq üçün bizə təxminən 12 ay lazımdır”.
Onun sözlərinə görə, şirkət 500-ə yaxın işçini işə götürməyi planlaşdırır.

