“Turkovac” bütün Türkiyə ərazisində istifadə olunmağa başladı

0996dd16164433537826315648510105457.jpg

Türkiyənin koronavirusa qarşı “Turkovac” vaksini ölkənin bütün vilayətlərində istifadə olunmağa başlayıb.

Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, Türkiyənin 81 vilayətinin xəstəxanaları “Turkovac”la təchiz edilib.

Qeyd edək ki, Türkiyə istehsalı olan vaksin ötən il dekabrın sonlarında ölkə ərazisində istifadə olunmağa başlayıb.