“Tvitter”də problemlər yaranıb

2d44e06a167813354874471834610613190.jpg

Bir çox ölkələrdə​ “Tvitter” sosial şəbəkəsinə daxil olmaqda problemlər yaşanıb.

İstifadəçilər səhər saatlarından etibarən həmin halla qarşılaşıb.

Həmçinin, sosial media platformasında bir çox şəxs bağlantı və şəkillərə də daxil ola bilməyib.

Baş verən problemlə bağlı tviter rəsmiləri açıqlama verib:

“Hazırda bu məsələ üzərində işləyirik və etdiyimiz dəyişiklərlə bağlı məlumat paylaşacayıq”.