Ucarda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.
Bu gün rayonun Elnur Hacıyev küçəsində Ucar rayon sakini, 1998-ci il təvəllüdlü Musa Elxan oğlu Seyidovun idarə etdiyi “VAZ 21012” markalı minik maşını ilə, 1983-cü il təvəllüdlü Asif İbrahimxəlil oğlu Kərimovun idarə etdiyi “QAZ-53” markalı yük maşını toqquşub. Nəticədə “VAZ”ın sürücüsü M. Seyidov, sərnişinləri – 2001-ci il təvəllüdlü Xədicə Elşad qızı Seyidova, 2020-ci il təvəllüdlü Gülay Vahid qızı Seyidzadə, 2004-cü il təvəllüdlü Mədinə Rafiq qızı Seyidova və 1973-cü il təvəllüdlü Nərgiz Mustafa qızı Sadıqova müxtəlif xəsarətlər alıblar.
Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.





