ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman bu gün Dövlət Departamentində Çinin Vaşinqtondakı səfiri Tsin Qan ilə görüşəcək.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.
“10:15-də (Bakı vaxtı ilə 18:15) dövlət katibinin müavini U.Şerman Çin səfiri ilə görüşdəcək”, – deyə mətbuat xidmətindən bildirilib.
Görüş mətbuata qapalı formatda keçiriləcək. Qarşıdan gələn iclasın mövzuları barədə məlumat verilmir.

